Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Təyyarə qəzası ilə bağlı cinayət işi araşdırılması üçün Rusiya İstintaq Komitəsinə VERİLDİ
Təyyarə qəzası ilə bağlı cinayət işi araşdırılması üçün Rusiya İstintaq Komitəsinə VERİLDİ

Qazaxıstanda baş verən təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına ötürülüb.
Reportyor.tv xəbər verir ki, bu barədə TASS agentliyinə komitədən məlumat verilib.
“Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsi (hava nəqliyyatının təhlükəsiz hərəkət və istismar qaydalarının pozulması) üzrə Qərb Nəqliyyat üzrə Regional İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə təhvil verilib,” – deyə məlumatda bildirilib.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, iş üzrə təcrübəli müstəntiqlər, kriminalistlər və aviasiya hadisələrinin araşdırılmasında ixtisaslaşmış ekspertlərdən ibarət istintaq-operativ qrup yaradılıb. "Cinayət işi çərçivəsində qəzanın başvermə şəraiti və səbəblərinin müəyyənləşdirilməsi üçün bütün zəruri tədbirlər görülür,” – deyə məlumatda qeyd edilib.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Qroznıda operativ müşavirə keçirərək, Aktau yaxınlığında baş verən təyyarə qəzasının araşdırılması barədə hesabat dinləyib.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti