Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
Tarix: 30-12-2024, 19:27
Baxılıb: 94
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT

30-12-2024, 19:27

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansında olan hava nəqliyyatı vasitələri satışa çıxarılır.
reportyor.tv xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, siyahıda 4 ədəd müxtəlif hava gəmisi yer alıb.
Belə ki, onlardan biri buraxılış ili 2004-cü il olan "SUPER PUMA AS 332 L" hava gəmisi, buraxılış ili 2005-ci il olan iki ədəd "EUROCOPTER EC155 B1" və buraxılış ili 1992-ci il olan "Mİ-8 MTV-1" hava nəqliyyat vasitəsidir.
Hərraca çıxarılacaq helikopterlərin start qiymətinə gəlincə, "EUROCOPTER EC155 B" 1 239 000 manata, iki ədəd "EUROCOPTER EC155 B1"dən birincisi 644 000 manata, digəri 508 000 manata,
"Mİ-8 MTV-1" tipli hava gəmisi isə 600 000 min manata iştirakçılara təklif olunur.
Məlumata görə, hərrac 30 yanvar 2025-ci il tarixində, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcək.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20

S/NBalanssaxlayıcı müəssisənin adıHava gəmisinin tipiBuraxılış iliDövlət qeydiyyat nişanıStart qiyməti (manatla)10% beh (manatla)

1“Azərbaycan Hava Yolları” QSC"SUPER PUMA AS 332 L1"20044K-AZ241239000123900

2“Azərbaycan Hava Yolları” QSC"EUROCOPTER EC155 B1"20054K-AZ4664400064400

3“Azərbaycan Hava Yolları” QSC"EUROCOPTER EC155 B1"20054K-AZ4750800050800

4“Azərbaycan Hava Yolları” QSC"Mİ-8 MTV-1"19924K-2703660000060000


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ