Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » “Prezident Əliyev ən yüksək ləyaqət nümayiş etdirdi” – Saakaşvili
“Prezident Əliyev ən yüksək ləyaqət nümayiş etdirdi” – Saakaşvili

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkə hesabında həbsxana qrafikinə görə başsağlığını gecikmə ilə ifadə etdiyini bildirib.
Eks-prezident qəzada həlak olanların ailələrinin kədərini bölüşdüyünü qeyd edərək yaralıların tezliklə sağalmasını arzulayıb.
“Prezident Əliyevin hərəkətlərinə heyranlığımı ifadə etməyə bilmirəm. O, bütün həqiqəti söyləyərək, Rusiya tərəfinin ikiüzlülüyünü və barbarlığını ifşa etməklə prinsipiallıq, ən yüksək ləyaqət nümayiş etdirdi və özünü xalqının əsl lideri kimi apardı”, - M.Saakaşvili yazıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti