Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü

Almaniyanın Hessen federal əyalətinin Rimbax şəhərində bıçaqla silahlanmış şəxs bank şöbəsində insanları girov götürüb.
reportyor.tv xəbər verir ki, yerli mətbuatın məlumatına görə, səhər saatlarında bir nəfər “Volksbank” ofisinə soxulub və bıçaqla hədələyib. Ən azı bir qadın girov götürülüb. Hadisə yerinə polis gəlib.
Qısa müddətdən sonra polisin hücumçunu saxladığı məlum olub. Qadın evə buraxılıb və xəsarət almayıb.
Rimbax bələdiyyəsi Baden-Vürtemberq ilə sərhəd yaxınlığında yerləşir. Əhalisi təxminən 9 min nəfərdir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti