Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Beyləqan Rayon İcra Hakimiyyəti Qarabağ Müharibəsi veteranının Prezidentə müraciətinə təkzib ünvanladı
Beyləqan Rayon İcra Hakimiyyəti Qarabağ Müharibəsi veteranının Prezidentə müraciətinə təkzib ünvanladı

Beyləqan rayon İcra hakimiyyəti şəhər sakini Fərzəliyev Kamil Yusif oğlunun Repartyor.tv vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciətdə göstərilənləri təkzib edir və müraciətdə iddia olunanların tamamilə əsassız və həqiqətə uyğun olmadığını bildirir.
Məlumat üçün bildirilir ki,bəhs olunan ərazi tikinti üçün nəzərdə tutulmayıb. Həmin torpaq sahəsi Beyləqan-Daşburun yolunun və Xan qızı kanalının qoruma zolağına məxsusdur. Vətəndaş Fərzəliyev Kamil Yusif oğlunun heç bir hüquqi sənədi yoxdur. O, 150 kv.m ərazini zəbt edərək oraya tikinti aparmaq məqsədilə bünövrə tökmüşdür.
Rayon İcra hakimiyyəti tərəfindən məhz həmin qanunsuz tikintinin qarşısı alınmışdır.
Beyləqan rayon İcra hakimiyyəti

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti