Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Müdafiə Nazirliyi: Düşmənin müqaviməti qırılıb, Ordumuz irəli gedib
Müdafiə Nazirliyi: Düşmənin müqaviməti qırılıb, Ordumuz irəli gedib

 “Azərbaycan Ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam edir".

reportyor.tv xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, gecə ərzində və bu dəqiqələrdə cəbhənin bütün istqimətlərində döyüş əməliyyatları davam edir:

"Düşmənin şəxsi heyəti arasında qorxu dərin ruh düşkünlüyü yaradır. Uğurlu əməliyyat nəticəsində Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Füzuli istqiamətində düşmənin müqaviməti qırılıb və Ordumuz irəli gedib. Murov dağı istqəmətində də əməliyyat şəraiti nəzarət altındadır".

Şərhlər