Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » “Nar” cəbhə bölgəsindəki abunəçilərinə 100 dəqiqə və 100 SMS hədiyyə edib
“Nar” cəbhə bölgəsindəki abunəçilərinə 100 dəqiqə və 100 SMS hədiyyə edib

“Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərini pulsuz danışıq dəqiqəsi ilə təmin edib.

reportyor.tv xəbər verir ki, mobil operator sentyabrın 27-dən etibarən gərgin döyüşlərin getdiyi cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Məqsəd, torpaqlarımızın azadlığı uğrunda gedən gərgin hərbi əməliyyatlar dövründə təmas xəttindəki vətəndaşları kəsintisiz rabitə ilə təmin etməkdir.

Qeyd edək ki, “Nar” Azərbaycan xalqının ruh yüksəkliyinə dəstək məqsədilə, bütün sosial media kanallarında “Nar” loqosunun rəngini Azərbaycan bayrağı ilə əvəz edib. Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində bu döyüşü qələbə ilə başa vuracağımıza, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inanırıq. Qələbə bizimdir!

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti