NATO Avropa regionunda şərqə doğru genişlənməsini dayandıra bilər, çünki ABŞ bunun Rusiyanın milli təhlükəsizliyi məsələsi olduğunu başa düşür.
reportyor.tv xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq ABC-yə müsahibəsində deyib.
O, digər dövlətlərin maraqlarını nəzərə almaq şərti ilə Rusiya ilə ABŞ arasında dialoqun gedişində belə bir razılaşmanın əldə olunmasının mümkünlüyünə işarə edib.
Kelloq bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığını haqlı sayır. Onun sözlərinə görə, Vaşinqton Kiyevi Şimali Atlantika Alyansının üzvü kimi görmək istəməzdi.
Tural
