Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Əmrullayevin gizli "kitab oyunu": "Körpü" nəşriyyatı ilə "işbirliyinin" PƏRDƏARXASI - FOTO
Əmrullayevin gizli "kitab oyunu": "Körpü" nəşriyyatı ilə "işbirliyinin" PƏRDƏARXASI - FOTO

Heç kimə sirr deyil ki, təhsil sektorunda bir sıra maliyyə maxinasiyalarına yol verilir. Ən böyük yeyinti isə məktəblərdə cərəyan edir. Bütün bu maxinasiyaların mərkəzi isə Elm və Təhsil Nazirliyidir. Dolayısı ilə desək, nazir Emin Əmrullayevin xəbəri olmadan heç bir maxinasiyaya yol verilməsi mümkün deyil. Beləliklə, çox hörmətli Emin Əmrullayevlə bağlı daha bir maraqlı fakt ortaya çıxıb. Redaksiyamıza göndərilən məlumatda iddia olunur ki, "Кörpü" nəşriyyatında çap edilən, qiyməti isə nə az, nə çox, düz 9,5 manat olan "Riyaziyyat" test və tapşırıqlar kitabı respublikanın bütün orta ümumtəhsil məktəblərinə verilib və şagirdlərə məcburi şəkildə satılması tapşırılıb. Bunu isə nazir Emin Əmrullayevin xəbəri olmadan heç kimin gizli şəkildə həyata keçirməsi mümkün deyil. Belə olan halda maraqlı sual ortaya çıxır. Emin Əmrullayevi "Körpü" nəşriyyat evi ilə nə bağlayır? Birincisi, niyə məhz bu nəşriyyat? İkincisi, əlavə vəsait kimi nəzərdə tutulan bu kitab niyə könüllü yox, məhz məcburi şəkildə şagirdlərə satılmalıdır? Üçüncüsü, bu kitaba 9,5 manat qiyməti kim təyin edib? Bütün bunlar açıq suallardır və yəqin ki, başda Emin Əmrullayev olmaqla Elm və Təhsil NAzirliyinin kollektivi buna aydınlıq gətirəcək.

Digər bir maraqlı fakt isə nazir Emin Əmrullayevin həyat yoldaşı ilə bağlıdır. Belə ki, hörmətli nazirin həyat yoldaşı Britaniyada bahalı ali təhsil müəssisələrindən olan "Cambridge Judge Business School"da oxuyub. Hansı ki, bu təhsil ocağının illik qiyməti 63 min funt-sterlinqdir. Ancaq bu ödənişin mənbəyinin haradan olması ilə bağlı heç bir məlumat yoxdur. Görünür Emin Əmrullayev həyat yoldaşının təhsil haqqını məhz bu kitabları kasıb ailələrin övladlarına məcburi şəkildə satdırmaqla ödəyir. "Körpü" nəşriyyat evi isə bu işdə hörmətli nazirə xidmət göstərir. Əks halda dövlət tərəfindən pulsuz kitablarla təmin olunan məktəblərə əlavə vəsaiti niyə məcbur şəkildə satdırsınlar ki? Ümid edirik ki, nazirlik yayılan bu iddialara münasibət bildirəcək və məsələ aydınlaşacaq.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti