
Son zamanlar Mədəniyyət Nazirliyi ətrafında daha bir qalmaqal baş qaldırıb.
Reportyor.tv xəbər verir ki, mədəniyyət xaidmlərinin nazirliyə qarşı bir sıra ittihamlar səsələndirirlər.
Qeyd edək ki, nazirlik ittihamlara cavab vermək əvəzinə, daha çox bu barədə danışanların üzərinə getməklə məşğuldur. Lakin gedişat göstərir ki, baş verənlər mədəniyyət naziri Adil Kərimlinin postunu bir xeyli laxladıb.
Daxil olan məlumata görə nazir Adil Kərimlinin yaxın günlərdə vəziəsindən azad ediləcəyi gözlənilir. Onun postuna isə icra başçılarından birinin gətiriləcəyi barədə məlumatlar var. Belə ki, Adil Kərimlini Səbayel rayon icra başçısı Vüqar Zeynalovun əvəzləyəcəyi bilddirilir.
Xatırladaq ki, Vüqar Zeynalov Mədəniyyət Nazirliyinə yad biri deyil. O, icra başçısı olana qədər bu nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.
Mənbə:Tribunainfo.az






Şərhlər