Bu ay banklar və sığorta şirkətləri haqq ödəməyəcək
Tarix: 5-04-2020, 07:50
Baxılıb: 868
Google+ Paylaş
Tumblr Paylaş

Bu ay banklar və sığorta şirkətləri haqq ödəməyəcək

5-04-2020, 07:50

Bu ay Azərbaycanda banklar və sığorta şirkətləri maliyyə bazarlarına nəzarət orqanına (Azərbaycan Mərkəzi Bankı) haqq ödəməyəcəklər.
Musavat.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Məqsəd pandemiyanın mənfi təsir etdiyi maliyyə sektoruna əlavə dəstək verməkdir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ