Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » TƏCİLİ XƏBƏR! Xeyli sayda erməni hərbçisi əsir düşüb
TƏCİLİ XƏBƏR! Xeyli sayda erməni hərbçisi əsir düşüb

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib.
Oxu24.com  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.
***
Ermənistanın "Hraparak” nəşri öz mənbələrinə istinadən 6 erməni əsgərinin Azərbaycan tərəfi tərəfindən əsir götürüldüyünü yazıb.
Oxu24.com  Ermənistan mediasına istinadən xəbər verir ki, qəzet bununla bağlı rəsmi təsdiq ala bilməsə də, məlumatın dəqiq oldğunu yazıb. 
Nəşr hazrıda atışma davam etdiyini də yazıb. Məlumata görə, Ermənistan tərəfi aviasiyadan başqa bütün növ hərbi texnikalardan istifadə edir.

Şərhlər