reportyor.tv APA-ya istinadən xəbər verir ki, Samux kənd sakini 1968-ci il təvəllüdlü Xəzər Məmmədov münaqişə zəminində 1954-cü il təvəllüdlü Çapay Sadıqlını dəryazla vuraraq qətlə yetirib.
Bildirilib ki, tərəflər arasında münaqişəyə səbəb hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə olub.
Qətlə yetirilən Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədr olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xəzər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib: "Faktla bağlı cinayət işi başlanıb. Onu da qeyd edim ki, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motiv yoxdur".

Oxşar xəbərlər
- 20-10-2021, 09:51
Samuxda şok tender maxinasiyaları - Vəzifədə...
- 5-07-2020, 12:08
Ər arvadını öldürdü, ögey qızını ağır yaraladı -...
- 20-08-2020, 10:58
"Lotu Quli"nin HƏYAT YOLU – Şok...
- 22-10-2021, 10:18
Xocavənd sakinlərindən icra başçısına ÇAĞIRIŞ:...
- 13-03-2020, 10:41
Əli Kərimlinin hakimiyyətə şərtləri haqlıdırmı və...
Şərhlər