Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » “Azəristiliktəchizat” Şuşada hansı işləri görür? - AÇIQLAMA (VİDEO)
“Azəristiliktəchizat” Şuşada hansı işləri görür? - AÇIQLAMA (VİDEO)


Şuşa şəhərində daha 1 qazanxana və 1 istilik paylayıcı məntəqənin quraşdırılması işləri artıq başa çatdırılmış və bu mövsümdən fəaliyyət göstərəcək.
 
reportyor.tv xəbər verir ki, bu haqda “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə Əlaqələr üzrə Xidmətinin rəhbəri Elvin Basqallı “Baku News TV” kanalında danışıb.
Onun sözlərinə görə, ümumilikdə Şuşa şəhərində 7 qazanxana tikilib,  onlardan 6-sı 1 noyabr 2021-ci ildən istismara verilərək hazırda  fəaliyyət göstərir. Yeni qazanxana isə, bu payız-qış mövsümündən fəaliyyətə başlayacaq. Yeni qazanxanaların inşası ilə Şuşada həm də isti su ilə təminat da başlayıb. Belə ki, burada 20-ə yaxın inzibatı və sosial təyinatlı binanın istilik və isti su ilə təmin edilməsi nəzərdə tutulur.

Şərhlər