Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Şəhidimiz Ağstafada dəfn edildi
Şəhidimiz Ağstafada dəfn edildi

Azərbaycan Ordusunun ermənilərin sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan əsgəri Eşqin Omarov dəfn edilib.
Publika.az-ın görə, şəhid Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində torpağa tapşırılıb.
Mərhumla vida mərasimi ailəsinin yaşadığı evə keçirilib.
Vida mərasimindən sonra şəhid Aşağı Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.
Mərasimdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, E.Omarovun ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, Omarov Eşqin Nəsib oğlu 2003-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. E.Omarov 1 ilin əsgəri olub.
(Report)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti