Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Bakı Xankəndiyə belə daxil olur – Dünən Qarabağda əslində nə baş verib?
Bakı Xankəndiyə belə daxil olur – Dünən Qarabağda əslində nə baş verib?

Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndiyə daxil olması ermənilərlə təmasların qurulması məsələsi baxımından əhəmiyyətlidir.

Birincisi, Bakı “erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirdi;
İkincisi, erməni əhalisi problemləri yaranacağı təqdirdə, Azərbaycanın dərhal yardım etdiyini gördülər;
Üçüncüsü, separatçılar reinteqrasiya prosesinin qarşısını almağa çalışsa da, bu kimi hadisələr erməni əhalisində birgəyaşayışın mümkünlüyü haqda rəy formalaşdıra bilər;

Və baş verən hadisə Bakının Xankəndiyə tədricən daxil olmasının da nümunəsi hesab edilə bilər.

Dünən Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən səhhəti pis olan üç mülki şəxsə tibbi yardımın gərəkliyi məlum olub. Azərbaycan tərəfi erməni əsilli vətəndaşları üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz yerindəcə köməklik göstəriblər. Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndiyə çatdırıb. Digər 23 erməni isə Gorusa qayıdıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti