Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ailənin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərə dəyişiklik edildi
Ailənin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərə dəyişiklik edildi

Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”na dəyişiklik edilib.
Musavat.com xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Sənədlə siyahının 2.1.7-ci yarımbəndində dəyişiklik olub.
Belə ki, övladlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər siyahısına daxil edilib.
İndiyədək həmin bənd aşağıdakı kimi idi:
“Uşaqlarını tərbiyə, müalicə, əhaliyə sosial xidmət və digər analoji müəssisələrdən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi”.

Şərhlər