Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » İsmayıllıda ağır qəza: ölü və yaralılar var
İsmayıllıda ağır qəza: ölü və yaralılar var

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Axşam saatlarında rayonun Təzəkənd kəndi ərazisində qeydə alınmış hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, avqustun 20-də saat 19 radələrində İsmayıllı rayonu ərazisində "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məsarif Rüstəmov həlak olub, digər 3 nəfər - Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər