Türkiyənin Bilgöl şəhərinin Karlıova rayonunda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 18 nəfərə çatıb, 1 nəfər ölüb.
Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, buy barədə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay məlumat verib.
O bildirib ki, zəlzələ zamanı jandarmeriyanın nəzarət qülləsinin aşıb. Nəticədə 1 nəfər dağıntılar altında qalıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Fövqəladə Hallar İdarəsi isə təbii fəlakət zonasına 550 çadır göndərib.
***
Türkiyənin Bilgöl şəhərinin Karlıova rayonunda yeraltı təkanlar qeydə alınıb.
Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu gün 17:24 radələrində 5.7 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar yerin 5 km dərinliyində baş verib.
İlkin məlumata görə, Kaynarpınar kəndində iki gözətçi qülləsi, Elmalı və Dinarbey kəndlərində isə 10 ev çöküb. 3 mühafizəçi yaralanıb.