Əmisi oğlunu polisə şikayət etdi, peşiman olub özünü yandırdı – ŞOK GÖRÜNTÜLƏR
Tarix: 19-08-2020, 15:19
Baxılıb: 1 309
Google+ Paylaş
Tumblr Paylaş

Əmisi oğlunu polisə şikayət etdi, peşiman olub özünü yandırdı – ŞOK GÖRÜNTÜLƏR

19-08-2020, 15:19

Türkiyənin Samsun şəhərində bir şəxs səhər saatlarında avtobus terminalında benzinlə özünü yandırıb.
Publika.az xəbər verir ki, ağır yanıq xəsarətləri alan gəncin narkotik cinayəti ilə əlaqədar olaraq əmisi oğlunu polisə şikayət etdiyi bildirilir.
24 yaşlı gəncin elə özünü də bu səbəbdən yandırdığı ortaya çıxıb. O, öldürüləcəyi qorxusu ilə 1,5 litrlik su şüşəsində olan benzini üstünə töküb və "mən çox böyük bir şərəfsizlik etdim" deyərək özünü yandırıb.

Yanaraq alovlar içərisində qaçan gəncin görüntüləri təhlükəsizlik kamerasına həkk olunub.
Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılan gəncin həyati təhlükəsi olduğu bildirilib.
"Burada gəzirdi və qəribə hərəkətlər edirdi. O, benzini əvvəlcə sinəsinə, sonra ayağına tökdü. Bir neçə nəfər onu əməlindən çəkindirməyə çalışırdı. Ancaq özünü yandırdı. Alovlar içərisində ətrafa qaçdı. Yanğınsöndürənlə ardınca qaçdıq, yoxsa tamamilə yanacaqdı”, - şahidlər deyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ