Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Sumqayıtda küçə itlərinin hücumuna məruz qalan uşağın son durumu açıqlandı
Sumqayıtda küçə itlərinin hücumuna məruz qalan uşağın son durumu açıqlandı

Sumqayıt şəhərində ötən gün küçə itlərinin hücumuna məruz qalan 5 yaşlı uşağın vəziyyəti sabitləşib.

Bu barədə TƏBİB-dən “Report”un sorğusuna verilən cavabda bildirilib.

2025-ci il aprelin 8-də saat 18:00 radələrində it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına yerləşdirilən 2020-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi davam etdirilir.

Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.

Qeyd olunub ki, uşaqlar təhsil aldıqları müəssisələrdən çıxdıqdan sonra saat 17:30 radələrində küçə itləri onlara hücum edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti