Oğuzda çaqqal 56 yaşlı kişiyə hücum etdi
Tarix: 29-04-2025, 17:07
Baxılıb: 146
Google+ Paylaş
Tumblr Paylaş

Oğuzda çaqqal 56 yaşlı kişiyə hücum etdi

29-04-2025, 17:07

Oğuz rayonunda çaqqal 56 yaşlı sakinə hücum edib.
Hadisə rayonun Xalxalqışlaq kəndində baş verib.
1969-cu il təvəllüdlü kənd sakini Nakam Muradov günorta saatlarında işdən evə qayıdarkən çaqqalın hücumuna məruz qalıb. Nəticədə vəhşi heyvan N.Muradovun sol ayağına xəsarət yetirib.
N.Muradova Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.
Kənd sakinləri bildiriblər ki, çaqqalların kənd ərazisində insanlara hücumu tez-tez qeydə alınır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ