Bakı-Sumqayıt yolunda qəza: “KİA” beton maneəyə çırpıldı, sürücü... - FOTO
Tarix: 4-05-2025, 10:25
Baxılıb: 173
Google+ Paylaş
Tumblr Paylaş

Bakı-Sumqayıt yolunda qəza: “KİA” beton maneəyə çırpıldı, sürücü... - FOTO

4-05-2025, 10:25

Bu gün Sumqayıtdan Bakı istiqamətində hərəkət edən “KİA” markalı minik avtomobili Bakı-Sumqayıt yolunda qəza törədib.
Reportyor.tv xəbər verir ki, sürücü idarəetməni itirərək yolun ortasındakı beton maneəyə çırpılıb.
Hadisə nəticəsində avtomobilə ciddi texniki ziyan dəyib. Zərbənin gücündən avtomobilin ön hissəsi tamamilə əzilib.
Qəza yerinə dərhal yol polisi əməkdaşları cəlb olunub və ərazidə nəqliyyatın hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.
Sürücünün yüngül xəsarət aldığı və ilkin tibbi yardım göstərildiyi bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Musavat.com




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ