Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » TIR-a çırpılıb darmadağın olan maşından ikisi də sağ çıxdı
TIR-a çırpılıb darmadağın olan maşından ikisi də sağ çıxdı

Türkiyənin İzmir şəhərində baş verən dəhşətli yol qəzası hər kəsi şoka salıb.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, sürətli şəkildə hərəkət edən minik avtomobili önündə gedən TIR-a arxadan çırpılıb. Zərbənin gücündən avtomobil demək olar ki, tamamilə deformasiyaya uğrayıb və “dümdüz” hala gəlib.
Möcüzəvi hal isə odur ki, bu qədər dağılan nəqliyyat vasitəsinin içərisindəki sürücü və sərnişin hadisədən sağ çıxıblar. Məlumata görə, avtomobili idarə edən sürücü heç bir xəsarət almadan avtomobildən çıxarılıb. Onun yanında əyləşən sərnişin isə yalnız yüngül bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hadisənin necə baş verdiyi ilə bağlı araşdırmalar davam edir. Ekspertlər sürücülərin təhlükəsizlik kəməri taxmasının və avtomobildə təhlükəsizlik sistemlərinin mövcudluğunun faciənin qarşısını alan əsas amillərdən biri olduğunu bildirirlər.

Şərhlər