Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Rusiyada neft buruğu ÇÖKDÜ – ağır yanğın: 3 nəfər reanimasiyadadır – GÖRÜNTÜLƏR
Rusiyada neft buruğu ÇÖKDÜ – ağır yanğın: 3 nəfər reanimasiyadadır – GÖRÜNTÜLƏR

Rusiyanın Yamalo-Nen muxtar dairəsində (YANAO) “Xarapurneefteqaz” yatağında güclü yanğın baş verib. Yanğından sonra neft buruğu tamamilə çöküb. Hadisə “Belorusneft-Sibir” şirkətinin işlədiyi platformada qeydə alınıb.
Rusiya mediasının məlumatına görə, hadisə axşam saatlarında başlayıb. Buruq ərazisindəki quyularda yanğın başlayıb və bu günə qədər davam edir. Alovun 25 metr hündürlüyə qalxdığı, iki qaz fələyinin alışdığı bildirilib. Yaranmış fövqəladə vəziyyət hələ də nəzarətə alına bilməyib.
Fövqəladə hal nəticəsində üç neftçi xəsarət alıb. Onlar ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Musavat.com Mash Telegram kanalına istinadla görüntüləri təqdim edir.

Şərhlər