Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Oğurladığı pulları xeyriyyəyə xərclədi - Xırdalanda ŞOK OLAY
Oğurladığı pulları xeyriyyəyə xərclədi - Xırdalanda ŞOK OLAY

Abşeronda kişi bankomatdan oğurladığı başqasına məxsus pulu kasıb qonşularına xərcləyib.

Hadisə Xırdalan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

İttiham aktına görə, 47 yaşlı Nəcəf Mədətov (ad və soyad şərtidir) bankomat aparatının ekranında 1300 manat pul yazıldığını görüb və təsdiq düyməsini basaraq, vəsaiti əldə edib. Nəcəfin sözlərinə görə, həmin pulla həm öz evinə ərzaq alıb, həm də aztəminatlı qonşularına da yardım edib.

Bu əməlinə görə, Nəcəf Mədətov saxlanılıb və barəsində cinayət işi açılıb.

Zərərçəkən şəxs ifadəsində bildirib ki, bank kartını aparata daxil edib kodu yığsa da, bankomatda pul olmadığını görüb və kartı çıxararaq, gedib. Lakin əməliyyatı sonlandırmadığı üçün məlumatlar ekranda qalıb. Zərərçəkən şəxs ona dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Abşeron rayon Məhkəməsinin qərarı ilə Nəcəf Mədətov barəsində 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.//Lent.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti