Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakı və Sumqayıtda oğurluq edənlər saxlanıldılar
Bakı və Sumqayıtda oğurluq edənlər saxlanıldılar

Bakının Nəsimi rayon sakini olan üç nəfər polisə müraciət edərək mobil telefonlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 40 yaşlı İ.Ələkbərov müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reportyor.tv-ə verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs zərərçəkənlərin restoran, klinika və parkda nəzarətsiz qoyduqları mobil telefonlarını talayıb. Həmçinin İ.Ələkbərov ifadəsində daha bir paytaxt sakininin də telefonunu oğurladığını etiraf edib.

Polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində keçirilən tədbir zamanı isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 55 yaşlı M.Hüseynxanov da saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti