Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Porsuğu öldürüb ətini yeyən qazi CƏRİMƏLƏNDİ
Porsuğu öldürüb ətini yeyən qazi CƏRİMƏLƏNDİ

Daşkəsəndə heyvanla rəhmsiz davranan kənd sakini saxlanılıb.

Hadisə rayonun Dəstəfur kəndində qeydə alınıb.

Kənd sakini 31 yaşlı Behbud Ataşov (ad və soyad şərtidir) çöl heyvanı olan porsuqla rəhmsiz davranıb onu öldürdüyü üçün saxlanılaraq, barəsində inzibati protokol tərtib olunub.

Behbud Ataşovun sözlərinə görə, porsuq onların kələm təsərrüfatına ziyan vurduğu üçün tələ quraraq, heyvanı tutub. Sonra onu kəsərək, ətindən qida kimi istifadə edib. Onun heyvanı taxta parçası ilə vuraraq, öldürdüyü qeyd olunub. Məlumata görə, polis əməkdaşları Ataşovu şöbəyə dəvət etsələr də, o, çağırışa məhəl qoymayıb. Nəticədə əməkdaşları onun yaşadığı evə gələrək, Behbud Ataşovu şöbəyə aparıblar.

İkinci Qarabağ müharibəsi iştirakçısı olan Behbud Ataşov əməlindən peşman olduğunu və bir daha belə əməllərə yol verməyəcəyini deyib. O, bunları nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Daşkəsən rayon Məhkəməsinin qərarı ilə Behbud Ataşov barəsində 50 manat miqdarında inzibati cərimə cəzası təyin olunub.//Lent.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti