Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Tanınmış diaspor sədrinin Ağstafadakı villası yandı - Şahin Şıxlinskinin dostudur
Tanınmış diaspor sədrinin Ağstafadakı villası yandı - Şahin Şıxlinskinin dostudur

Ağstafanın Köçəsgər kəndində məşhur diaspor sədrinin villasında yanğın baş verib.

Reportyor.tv-ə daxil olan məlumata görə, yanğın ümumi sahəsi 500 kvadratmetrdən çox olan 3 mərtəbəli iri villanın 3-cü mərtəbəsində başlayıb. Qonşular hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər.

Yanğınsöndürənlər hadisə yerinə çatanda yanğın genişlənib, villanın böyük bir hissəsini əhatə edib. Əraziyə Tovuz və Qazax rayonlarından əlavə yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğın zamanı villada heç kim olmayıb. Villanın sahibi Rusiyanın Xantı-Mansi Muxtar Dairəsindəki Azərbaycan diasporunun lideri Mahir Xanəhmədovdur.

Yanğın əsasən binanın üçüncü mərtəbəsinə və damına ziyan vurub. Kənd sakinləri villanın video nəzarət altında olduğunu bildirirlər.

48 yaşlı Mahir Kərim oğlu Xanəhmədov 1995-ci ildən Rusiyada yaşayır və Xantı-Mansi Muxtar Dairəsində bizneslə məşğul olur. O, Surqutdakı Azərbaycan diasporuna "Azərbaycan-Surqut" regional milli-mədəni birliyinin sədridir.

O, ötən il Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin iştirakı ilə diaspor lideri vəzifəsinə seçilib. Xanəhmədov hazırda Rusiyada həbsdə olan Qazax rayonundan olan Şahin Şıxlinski ilə yaxın münasibətləri olub.

Xanəhmədov həm ictimai dairələrdə, həm də Rusiya Federasiyasında yaşayan həmvətənləri arasında yaxşı tanınır.


Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti