Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Fermerlərin əsas problemi: kombayn çatışmazlığı - deputatdan açıqlama
Fermerlərin əsas problemi: kombayn çatışmazlığı - deputatdan açıqlama

Azərbaycanda kənd təsərrüfatının inkişafı iqtisadi siyasətin əsas prioritetlərindəndir. Cənab Prezidentin sədrliyi ilə kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirənin keçirilməsi, həmin iclasda strateji məsələlərin və istiqamətlərin müəyyənləşdirilməsi də ondan xəbər verir ki, növbəti illərdə aqrar sektorun inkişafı və bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi əsas hədəflərdəndir.

Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və vahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Musavat.com-a açıqlamasında belə deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səlahiyyətli qurumların qarşısına olduqca vacib tapşırıqlar qoyulmuşdu. Dövlət başçısı xüsusilə buğda istehsalına diqqəti artırmağı zəruri sayaraq bu sahədə görülməli olan işlərə diqqət çəkmişdi. Hazırda ölkəmizdə taxıl biçininin intensiv dövrünün olduğunu nəzərə alaraq Prezidentin fikirlərini bir daha xatırladırıq: “Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır".

Maraqlıdır, hazırda texniki təchizatla bağlıı vəziyyət necədir və cari ildə dövlət başçısının qarşıya qoyduğu məqsədlərə çatılması istiqamətində hansı yeniliklər gözlənilir?

Deputat Vüqar Bayramov bu barədə danışarkən qeyd edib ki, məhz həmin müşavirədən sonra kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramının təsdiq olunması və 2030-cu ilədək hədəflərin müəyyənləşdirilməsi də bu istiqamətdə strateji yanaşmanı bir daha nümayiş etdirir: “Təbii ki, aqrar sektorun vacib istiqamətlərindən biri də məhz taxıl əkin sahələrinin genişləndirilməsi və eyni zamanda texniki təminat məsələsidir. Burada həm dövlət, həm də özəl sektorun inkişafının təşviq edilməsi nəzərdə tutulur. Çünki ən vacib məqamlardan biri məhz texniki və eyni zamanda, təbii ki, kombaynlar da daxil olmaqla, texnoloji təminatla bağlıdır. Çünki bu gün fermerlərin üzləşdiyi problemlərdən biri xüsusən də vaxtında biçin üçün kombayn qıtlığı və çatışmazlığı ilə bağlıdır. Bu da təbii ki, biçinin vaxtında yerinə yetirilməsinə bəzi hallarda mane olur. Ona görə də texnoloji təminat çox önəmlidir və bu istiqamətdə müəyyənləşdirilmiş hədəflərdə təbii ki, bütövlükdə fermerlərin daha yaxından dəstəklənməsini özündə ehtiva edir. Bu baxımdan əsasən də özəl sektorun inkişafının təşviq edilməsi vacibdir. Özəl sektorun iştirakı bir mənalı şəkildə aqrar sektora ümumilikdə sərmayənin cəlb edilməsinə imkan yaratmaqla yanaşı, eyni zamanda bu sahədə xüsusən də özəl sektor hesabına texnologiyanın, o cümlədən aqrar sektor üçün lazım olan maşınların və kombaynların cəlb edilməsinə, gətirilməsinə stimul verə bilər ki, bu da ilk növbədə taxılçılıq daxil olmaqla, bütövlükdə kənd təsərrüfatının inkişafına imkan yaradar”.

Reportyor.tv

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti