Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Azərbaycanda qorxunc hadisə - "Range Rover"i üstünə sürüb sümüklərini sındırdı
Azərbaycanda qorxunc hadisə - "Range Rover"i üstünə sürüb sümüklərini sındırdı

İmişli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Aranlı kəndində qeydə alınıb.
1991-ci il təvəllüdlü Vəliyev İsa Nadir oğlu ilə əmisi oğlu arasında borc üstündə mübahisə yaranıb. Mübahisə sonda ağır xəsarətlə nəticələnib. İ.Vəliyevin qohumlarının dediyinə görə, əmisi oğlu idarə etdiyi "Range Rover" markalı avtomobillə bilərəkdən İ.Vəliyevi vurub. Müxtəlif xəsarətlər alan yaralı İmişi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ baldır və sol bud sümüklərinin sınıqları diaqnozları qoyulub.
İ.Vəliyevin vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.(Report)

Şərhlər