Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda yanan binadan 30 nəfər təxliyə edildi - YENİLƏNDİ
Bakıda yanan binadan 30 nəfər təxliyə edildi - YENİLƏNDİ

Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
reportyor.tv xəbər verir ki, yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın 5-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtadan keçən kabellər yanıb.
Yanğın zamanı 30 nəfərə yaxın bina sakini təxliyə olunub.
xxx
20:12
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Bu barədə reportyor.tv bildirilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Şərhlər