Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Türkiyədə ağır yol qəzası: azı 15 nəfər öldü
Türkiyədə ağır yol qəzası: azı 15 nəfər öldü

Türkiyənin Qaziantep vilayətində baş verən zəncirvari avtomobil qəzası nəticəsində azı 15 nəfər ölüb, çoxlu sayda yaralı var.
reportyor.tv bildirir ki, bu barədə Qaziantep valisi Davut Gül bildirib.
Hadisə ölkənin Tarsus-Adana-Qaziantep magistralında baş verib.
Yol qəzası zamanı ölənlərdən ikisi səhiyyə işçisi, üçü yanğınsöndürən, digər ikisi isə Türkiyənin “İhlas” xəbər agentliyinin əməkdaşlarıdır. Qəza nəticəsində sərnişin avtobusu dərəyə aşıb.
Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Şərhlər