Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Şüvəlanda azyaşlı su anbarına düşərək öldü
Şüvəlanda azyaşlı su anbarına düşərək öldü

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən reportyor.tv-a daxil olan məlumata görə, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2022-ci il təvəllüdlü azyaşlı vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2m, həcmi 8 m³ olan yeraltı su anbarına düşüb.
FHN-in qüvvələri tərəfindən xüsusi vasitələrlə azyaşlının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər