Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Reportyor.tv xəbər verir ki, hadisə səhər saatlarında Xocəsən yolunda qeydə alınıb.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “Opel” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
“Qəza zamanı “Opel”in sürücüsü 47 yaşlı Şahid Rəşidov hadisə yerində ölüb, sərnişini xəsarət alıb. Həmçinin “Ford”un sürücüsü və sərnişini də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar”.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
- 13-05-2020, 00:01
Məşhur xanım idmançı “Instagram”ı “partlatdı” –...
- 8-10-2021, 09:50
Prezidentlə ailəsi zooparkın açılışında - Fotolar...
- 30-01-2022, 15:43
Hacı Mazan Zeynalovla sabiq baş prokuror Eldar...
- 9-02-2022, 16:57
“Nazirin göstərişidir, 100 mindən aşağı...
- 26-04-2020, 23:58
Bakıda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var...
Şərhlər