Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
Reportyor.tv-ın yerli bürosunun məlumatına görə hadisə Naftalan-Səfikürd yolunun rayonun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Məmmədov Raul Suliddin oğlunun idarə etdiyi “VAZ-21124” markalı avtomobil Goranboy rayonu Səfikürd kəndi istiqamətində hərəkətdə olarkən avtomobilin idarə etməsini itirərək yolun sağ kənarına aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüş, avtomobildə sərnişin olan arvadı 1992-ci il təvəllüdlü Məmmədova Aynanisə Oktay qızı və 03.07.2013-cü il təvəllüdlü oğlu Məmmədli Ramal Raul oğlu bədən xəsarətləri almışdır.
Faktla bağlı 14.07.2023-cü il tarixdə Goranboy RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
***
07:48
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Reportyor.tv-in yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kədində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı 1992-ci il təvəlüdlü Aynisə Məmmədova və onun azyaşlı övladı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər