Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Şəkidə minik avtomobili aşıb, üç nəfər xəsarət alıb
Şəkidə minik avtomobili aşıb, üç nəfər xəsarət alıb

Şəkidə minik avtomobili aşıb, biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb.
 Reportyor.tv Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki rayon Qoxmuq kənd sakini İlqar Abdullayevin idarə etdiyi "Hyundai Santa Fe" markalı avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtomobildə sərnişin qismində olan biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Hazırda yaralıların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər