Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Reportyor.tv verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 72 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfər, o cümlədən Sabunçu rayonu Qızılqum çimərliyi ərazisində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü qadın xilas edilib. Yanğınlar zamanı 2 nəfər xəsarət alıb. Həmçinin, Qəbələ rayonunun Nohurqışlaq kəndində “ВАЗ” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində baş vermiş nəqliyyat qəzası zamanı avtomobillərdə sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər
- 12-05-2020, 16:40
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət...
- 16-04-2022, 13:11
Ötən sutka 60 yanğına çıxış oldu, 9 nəfər xilas...
- 7-01-2022, 12:50
Ötən gün 37 yanğın olub - VİDEO...
- 10-06-2023, 23:17
Bulvar ərazisində bir nəfər özünü dənizə atdı -...
- 5-04-2022, 23:57
FHN: Bakıda mebel sexində yanğın qısa müddətdə...
Şərhlər