Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda hündürmərtəbəli binada yanğın söndürülüb -
Bakıda hündürmərtəbəli binada yanğın söndürülüb -

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinun Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Reportyor.tv xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ikiotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında 5 m² sahədə məişət tullantıları və taxta qırıntıları yanıb.

Şərhlər