
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisi Fikrət Bağırovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən, Şəmkir rayon İrmaşlı kənd sakini İdris Alıyev saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə Reportyor.tv DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şərhlər