Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Ucarda oğul anasını buna görə öldürübmüş - TƏFƏRRÜAT
Ucarda oğul anasını buna görə öldürübmüş - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Ucarda 1981-ci il təvəllüdlü qadın boğularaq öldürülüb. Hadisənin bəzi detalları məlum olub.
Reportyor.tv"Unikal"a istinadla xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.

Ş.Qurbanovanı öldürməkdə şübhəli bilinən oğlu 2000-ci il təvəllüdlü Qurbanov Faiq atası ilə birgə Rusiyada yaşayırmış. O, bir müddət öncə doğulduğu Qaradağlı kəndinə gəlibmiş. Faiq bu gün səhər saatlarında anasının telefonuna baxdıqdan sonra məlum hadisəni törədib.

Hazırda Ucar rayon polis əməkdaşları Qaradağlı kəndində hadisə yerində araşdırma aparır.

Ucar rayon prokurorluğunun yaydığı məlumata görə, fakta görə Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Şərhlər