
Hindistanda tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində ölənlərin sayı 26-ya yüksəlib.
Reportyor.tv xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Xatırladaq ki, qəza ölkənin şimal-şərqindəki Mizoram ştatının Sayranq şəhərində baş verib.
Hindistanda tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb.
Reportyor.tv xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Qeyd olunub ki, ölkənin şərqindəki Mizoram əyalətində tikilməkdə olan dəmir yolu körpüsündə hadisə zamanı 40-a yaxın adam çalışıb.
Dağıntılar altından indiyə qədər 17 meyit çıxarılıb, digərlərinin axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Şərhlər