
Hacıqabulda mikroavtobus iki nəfəri vuraraq öldürüb.
hadisə saat bir radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes Vito” markalı mikroatobus yolu keçən piyadaları vurub.
Onlardan biri - Muğan sakini, 1996-cı il təvəllüdlü İbadov Murad Elçin oğlu hadisə yerində keçinib, onun həmkəndlisi,1997-ci il təvəllüdlü Rzaquliyev Kənan Azər oğlu isə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
Şərhlər