Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb
Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb

Azərbaycanın futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA-dan təyinat alıb.
Reportyor.tv Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının ilkin mərhələsində B qrupunun oyunlarında ədaləti qoruyacaq.
Cəbrayılov avqustun 21-də gerçəkləşəcək "Fiorentino" (San Marino) - "Amiqo Northwest" (Bolqarıstan) matçında birinci hakim olacaq.
Beynəlxalq dərəcəli hakim bir gün sonra "Fiorentino" (San Marino) - "Minerva" (İsveçrə) görüşündə üçüncü, "Amiqo Northwest" (Bolqarıstan) - "Pro Futsal Cymru" (Uels) qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, B qrupunun oyunları Bolqarıstanın paytaxtı Sofiyada gerçəkləşəcək.

Şərhlər