"Zirə" ilk dəfə pley-off mərhələsinə VƏSİQƏ QAZANDI - CANLI/YENİLƏNİR
Tarix: 15-08-2024, 23:21
Baxılıb: 140
Google+ Paylaş
Tumblr Paylaş

"Zirə" ilk dəfə pley-off mərhələsinə VƏSİQƏ QAZANDI - CANLI/YENİLƏNİR

15-08-2024, 23:21

"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.
“Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib - 2:2.
Qonaqlarda 37-ci dəqiqədə 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.
Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyası olub. Burada daha dəqiq olan "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə görüşəcək.
xxx
22:18
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.
Publika.az xəbər verir ki, qonaqlar yenidən hesabda önə keçiblər - 2:1
81-ci dəqiqədə Anton Matkoviç fərqlənib.
xxx
21:42
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi 54-cü dəqiqədə hesabı bərabərləşdirib - 1:1.
Qismət Alıyev penaltini dəqiq yerinə yetirib.
xxx
21:31
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Publika.az xəbər verir ki, hazırda qonaqlar hesabda öndədirlər - 1:0.
37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.
xxx
21:18
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.
Publika.az xəbər verir ki, qonaqlar fasiləyə öndə yollanıblar - 1:0.
37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.
xxx
21:09
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk qol vurulub.
Publika.az xəbər verir ki, qonaqlar görüşdə hesabı açıblar.
37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.
xxx
20:36
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Publika.az xəbər verir ki, “Liv Bona Dea Arena”dakı matç saat 20:30-da start götürüb.
Görüşü avstriyalı Xulian Veynberqer idarə edir.
Qeyd edək ki, səfərdəki ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 1:1.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ