Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İqtisadiyyat » Deputat kreditlərin ödənilməsində vətəndaşlarla banklar arasında yaranmış problemdən çıxış yolu təklif edib
Deputat kreditlərin ödənilməsində vətəndaşlarla banklar arasında yaranmış problemdən çıxış yolu təklif edib

“İstehlak kreditlərinin ödənilməsində vətəndaşlarla banklar arasında problemlər yaranıb”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında  Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib.
O bildirib ki, koronavirusla bağlı dünyada olan təcrübəni öyrənib ölkəmizdə tətbiq etmək olar: “Azərbaycanda əksəriyyətin tez bir anda milyarder olmaq meyli var. Dünyada isə qoyulan sərmayələr 5-10 ildən sonra geri qayıdır. Təklif edirəm ki, əhalinin banklara borcunu indiki həssas dövrdə dövlət ödəsin, 4-5 aydan sonra isə vətəndaşlar banklara olan borcunu ödəyəndə banklar da dövlətin borcunu qaytarsın”.

Şərhlər