"Cəlilabad rayon İcra hakimiyyətinin binası alverxana kimi tanınır..." - GİLEY
Tarix: 5-08-2020, 13:35
Baxılıb: 1 343
Google+ Paylaş
Tumblr Paylaş

"Cəlilabad rayon İcra hakimiyyətinin binası alverxana kimi tanınır..." - GİLEY

5-08-2020, 13:35

"Cəlilabad rayon İcra hakimiyyətinin binası alverxana kimi tanınır..." - GİLEY
Tarix: Bu gün, 10:12 | Çap et
"Cəlilabad rayon İcra hakimiyyətinin binası alverxana kimi tanınır..."
Çox hörmətli, Prezident İlham Əliyev cənabları!

Mən Cavadov Təyyar Cavad oğlu, 2-ci qrup 20 Yanvar əliliyəm. Sizə hazırkı durumumun çox ağır vəziyyətdə olması ilə əlaqədar məni qəbul etməyinizdən ötəri iyul ayında iki dəfə teleqram vurmuşam və xahiş etmişəm ki, məni qəbul edəsiniz. Göndərdiyim hər iki teleqramın da alınması barədə prezident aparatından cavab almışam.
Müraciətimdə həmçinin Sizə bildirmişəm ki, mənim teleqramlarıma baxılmaq üçün Cəlilabad rayon İcra hakimiyyətinə göndərməyəsiniz. Çünki xalq Cəlilabad rayon İcra hakimiyyətinin binasını İcra hakimiyyəti kimi deyil, alverxana kimi tanıyır.

Cənab Prezident! Bəlkə mən ölürəm və çarəm sizin məni qəbul etməyinizdədir! Cənab Prezident, axı Siz özünüz efirdə dediniz ki, əvvəlki dövrlərdən fərqli olaraq indi bütün şikayət və məktublarınızı Prezident aparatına göndərin, mənə bildirin və sizin problemlərinizə mütləq baxılacaq, həll ediləcəkdir. Sizin bu sözünüzə inanaraq mən də Sizə iki dəfə teleqramla müraciət etdim. Çox güman ki, Sizin Prezident aparatındakı məmurlarınız yenə də əvvəllərdə olduğu kimi mənim teleqramlarımı sizə çatdırmayıblar. Bununla da Sizin imicinizə xələl gətirmək və xalqın sizə olan inamını azaltmaq istəyiblər.

Bütün bunlara baxmayaraq hörmətli Prezident, mən Sizə inanıram və Sizdən məni qəbul etməyinizi bir daha xahiş edirəm.

Məlumat üçün sizə bildirmək istəyirəm ki, mən öz sağlamlığımı dövlətimizin, vətənimizin müstəqilliyi uğurunda itirmişəm və heç zaman dövlətlə müxalifətdə olan heç bir partiyanın üzvü olmamışam. Atam da 40 ildən artıq müddətdə təssərüfat rəhbəri işləmiş, mərhum Ulu öndərimiz onun Cəlilabad rayonunda rəhbərlik etdiyi "Kuybuşev" adına üzümçülük sovxozunda dəfələrlə olmuş, onun əməyinə yüksək qiymət verərək "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif etmişdir. Rəsmi dövlət sənədi kimi çəkilmiş albom şəkilləri isə bir xatirə kimi hal hazırda həm Cəlilabad rayonunda Ulu öndərimizin adına olan muzeyi bəzəyir, həm də mənim öz evimdə əziz bir xatirə kimi saxlanılır. Lazım olarsa gətirib sizə təqdim də edə bilərəm.

Odur ki, Cənab Prezident, Sizdən dövlətinə, vətəninə bağlı və vətəninin müstəqilliyi uğrunda sağlamlığını itirmiş, 25 ildən artıq müddətdə bürokrat rayon rəhbərləri tərəfindən işsiz qalan, vaxtilə yüksək dövlət qulluğunda işləmiş 67 yaşlı maddi durumu son dərəcə ağır olan bir 20 Yanvar əlili kimi məni qəbul etməyinizi bir daha xahiş edirəm.
Öncədən dərin təşəkkürüm bildirirəm!

Cavadov Təyyar Cavad oğlu,
Təqaüdçü, 2-ci qrup 20 Yanvar əlili
//miq.az//


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ