Azərbaycanda bank rəhbərlərinin illik maaş və bonuslarının məbləğləri məlum olub.
Reportyor.tv FED.az-a istinadən xəbər verir ki, 2024-cü ildə ölkənin bütün bankları mənfəətlə işlədiklərinə görə, rəhbərliyi səxavətlə mükafatlandırıb.
Qeyd edək ki, bank rəhbərliyi dedikdə bankın idarəçi menecerləri - idarə heyətinin sədri və üzvləri, bəzi banklarda departament və idarə rəisləri də nəzərdə tutulur.
2024-cü ildə ən böyük məbləğdə ödənişlər ölkənin bank sektorunun liderlərində qeydə alınıb. 3 bankda rəhbərliyin maaş və bonuslarının məbləği 10 milyon manatı keçib.
4 bankda isə illik maaş və bonuslar 1 milyon manatdan da az olub.
Yalnız ötən il fəaliyytəsiz qalmış İran Milli Bankının Bakı filialı rəhbərliyə ayrıca ödəniş hesablamayıb.
