Koronavirusun pandemiyaya keçməsi fond birjalarını çökdürdü
Tarix: 12-03-2020, 00:31
Baxılıb: 130
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusun pandemiyaya keçməsi fond birjalarını çökdürdü

12-03-2020, 00:31

Ümumdünya Səhiyyə Təşkilatının koronavirus təhlükəsinin pandemiya səviyyəsinə qalxdığını elan etməsi səhm bazarlarında ciddi enişə səbəb olub.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 21.12 radələrində ABŞ-ın bütün əsas fond indekslərində kəskin ucuzlaşma qeydə alınıb.

Belə ki, DOW Jones sənaye indeksi 5,04 faiz ucuzlaşaraq 23756,78 bəndə, yüksək texnologiyalı şirkətlərin indeksi olan NASDAQ 4,42 faiz dəyər itirərək 7975,27 bəndə, geniş bazar indeksi olan S&P500 4,65 faiz azalaraq 2748,25 bəndə düşüb.

Hazırda ABŞ birjalarında enmə prosesi davam edir. İnvestorlar koronavirusla bağlı vəziyyətə çox həssas yanaşırlar.

DÜNYA,
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ