Messi Meksika bayrağı ilə döşəməni sildi, qəzəbə tuş gəldi - FOTO/VİDEO
Tarix: 29-11-2022, 13:44
Baxılıb: 179
Google+ Paylaş
Tumblr Paylaş

Messi Meksika bayrağı ilə döşəməni sildi, qəzəbə tuş gəldi - FOTO/VİDEO

29-11-2022, 13:44

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının C qrupunun II turunda Argentina Meksika oyunundan sonra "tanqoçular"ın qələbə sevinci mübahisələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, kadrlarda Messinin ayağı ilə Meksika bayrağını itələdiyi görüntülənib.
Bir qisim sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, videoda Messi bayraqla yeri silir.
Bu anlar məşhur meksikalı boksçu Kanelo Alvarezi əsəbiləşdirib. Belə ki Alvarez şəxsi sosial media hesabından verdiyi açıqlamada Messiyə reaksiya verib və bu ifadələrdən istifadə edib:
"Messinin formamız və bayrağımızla döşəməni təmizlədiyini gördünüzmü? Onu tapmamağım üçün allaha dua edin. Mən Argentinaya hörmət etdiyim kimi, o da Meksikaya hörmət etməlidir. Mən bütün ölkəni demirəm. Messinin etdiyi axmaqlıqdır"


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ